Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əməkhaqqı fondu daha 16 faiz artıb.
Eləcə də bax: Naxçıvanda orta aylıq əməkhaqqı - 593 MANATI KEÇİB
Bu barədə FED.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bu artımın əsasında qeyri-leqal məşğulluğun qarşısının alınması üçün görülən kompleks tədbirlər, ardıcıl əməkhaqqı islahatları, əmək müqavilələrinin sayının daimi artması dayanır.
Ümumilikdə aparılan islahatlar nəticəsində son 4 ildə illik əməkhaqqı fondu 2,2 dəfə və ya 8 milyard manat artıb.