Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ildə 21 sosial təminat növü üzrə elektron təyinat sistemi qurularaq işə salınıb.
Eləcə də bax: Daha bir DOST Mərkəzi və yeni sosial obyektlər, e-sistemlər - İSTİFADƏYƏ VERİLƏCƏK
FED.az məlumat verir ki, ötən ilin əvvəlindən yaşa və əlilliyə görə pensiya növlərinin təyinatı avtomatlaşdırılmaqla, il ərzində daha 19 müavinət-təqaüd növü üzrə e-təyinat sistemləri də fəaliyyətə başlayıb. Onların sırasına uşağın doğulmasına görə birdəfəlik müavinət, əlilliyə, yaşa görə və sağlamlıq imkanları məhdud uşağa, şəhid ailəsi üzvlərinə, şəhidlərin, müharibə əlillərinin, 20 Yanvar əlillərinin, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət, şəhid ailələrinə, həmçinin fəxri adlara görə Prezidentin aylıq təqaüdü və s. kimi müavinət və təqaüd növləri daxildir.
Ötən il 15 mindən çox şəxsə e-qaydada pensiya, son aylarda fəaliyyətə başlayan e-təyinat sistemləri vasitəsilə isə artıq 20 mindən çox şəxsə e-qaydada müavinət-təqaüd təyin edilib.
Ümumilikdə 2019-cu ildə qurulan elektron sistemlər il ərzində sosial təminat növləri üzrə 200 minədək təyinatın elektron qaydada həyata keçirilməsinə imkan verir.