Kreditləşmə fəaliyyətinə dair sorğunun 3-cü rüb üzrə nəticələrinə əsasən əhalinin borclanma səviyyəsində ciddi artım müşahidə edilməyib.
FED.az bunu Azərbaycan Mərkəzi Bankın Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrinə istinadən xəbər verir.
Belə ki, respondent bankların 74%-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 26%-i isə orta dərəcədə artım olduğunu bildirib
Əhalinin borclanma səviyyəsinə görə uzunmüddətli diffuziya indeksi üzrə son 4 rübdə azalma tempi müşahidə edilsə də, indeks müsbət zonada qalmaqdadır.