2023-cü ilin III rübü üzrə sorğu nəticələrinə əsasən biznes kreditləri üzrə kredit standartlarında yumşalma ötən rüblə müqayisədə səngiyib.
FED.az bunu Azərbaycan Mərkəzi Bankın Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrinə istinadən xəbər verir.
Kredit standartlarında yumşalmanın azalması həm mikro sahibkarlıq subyektlərinə, həm də KOS subyektlərinə verilən kreditlər üzrə müşahidə edilib. Sorğuda iştirak edən banklar kredit standartlarında yumşalmanın növbəti rübdə də səngiməsini gözlədiklərini bildirib. Cari rübdə biznes kreditlərinə tələb ötən rübə ilə müqayisədə cüzi azalsa da, müsbət zonada qalmışdır. Biznes kreditləri üzrə tələb əsasən MKOS subyektlərinə verilən kreditlər üzrə müşahidə edilib. Banklar növbəti rübdə sektorda iri biznes kreditlərinə tələbin cari rüb ilə müqayisədə aşağı olacağını gözlədiklərini bildirsələr də, mikro sahibkarlıq subyektləri və KOS subyektləri üzə kredit tələbənin növbəti rübdə artacağı qənaətindədirlər.