Azərbaycanda Novruz Bayramı münasibətilə 9 günlük tətil elan edilsə də, əhalinin byöük hissəsi Bayramlarda səyahətə getməyib.
İlham Əliyev Suqovuşandakı fərdi evdə - "Buranın havası kurort havasıdır" - VİDEO
FED.az xəbər verir ki, bu Media Təhlil Mərkəzinin (MTM) Novruz bayramı ilə bağlı vətəndaşların fikirlərini öyrənmək məqsədilə keçirdiyi sorğuda məlum olub. 811 nəfər arasında keçirilən sorğu iştirakçılarının 56%-ni qadınlar, 44%-ni kişilər təşkil edib.
Rəyi soruşulanların 83%-i bayram günləri heç bir yerə səyahət etmədən, evdə keçirəcəklərini bildirib.
Cavab verənlərin 10%-i 10% bölgələrə səyahət etməyi planlaşdırır, xaricə səyahətə gedənlərin cəmi 2% təşkil edib, 5% isə qeyri-iş günləri ilə bağlı fərqli planlar qurub.
«Novruz bayramının hansı adət-ənənələrini (ailənizlə) yerinə yetirəcəksiniz?” sualına cavablandırarkən (bir neçə variant seçmək imkanı ilə) nəticələr aşağıdakı kimi olub:
Süfrə bəzəmək – 65%; Bayram şirniyyatları bişirmək – 52%; Tonqaldan tullanmaq – 46%; Papaq atmaq – 21%; Qonaq getmək, qəbul etmək – 23%; Digər – 6%. Başqa sözlə papaq atmaq və ya qonaq getmək kimi adətlərə rəyi soruşulan hər 5 nəfərdən yalnız biri maraq göstərib.
Respondentlər sorğu vasitəsilə Novruz bayramında hansı tədbirlərin təşkil olunması ilə bağlı təkliflərini də bildiriblər. Belə ki, cavab verənlərin 37%-i bayramla əlaqədar xeyriyyə yarmarkalarının təşkil edilməsini, 23%-i azad olunmuş ərazilərdə bayram tonqallarının yandırılmasını, 15%-i uşaqlar üçün bayram şənliklərinin, 13%-i isə parklarda konsert proqramlarının keçirilməsini məqbul sayıb. Sorğu iştirakçılarının 12%-nin bayram istəkləri fərqli olub.