Sosial Tədqiqatlar Mərkəzi (STM) Bakı şəhərində su təchizatının vəziyyəti, fasiləsizliyi və keyfiyyəti ilə bağlı əhalinin fikirlərini öyrənmək, mövcud problemləri müəyyənləşdirmək məqsədilə rəy sorğusu keçirib.
FED.az xəbər verir ki paytaxt sakinlərinin bu sahədə növbəti təklifləri suyun israfının qarşısının alınması, suya qənaətlə bağlı ictimai təbliğatın aparılması və avtoyuma məntəqələrində suya nəzarət edilməsi ilə bağlıdır.
Həmçinin köhnə su xətlərinin yenilənməsi, küçə və məhəllələrdə əlavə su kranlarının yerləşdirilməsi, hər bir qəsəbədə sututarların tikintisi, suyun paylanmasında ədalətliliyin təmin olunması və şəhərətrafı ərazilərdə su çatışmazlığının aradan qaldırılması səsləndirilən təkliflər arasında yer alıb.