Xəbər verdiyimiz kimi, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin olunub. Nazir Sahil Babayev əmri ilə bu vəzifəyə nazirin müşaviri işləmiş Vəli Quliyev gətirilib.
Eləcə də bax: Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis - TƏYİN EDİLİB - FOTO
FED.az xəbər verir ki, Dövlət Xidmətinin yeni rəisinin bioqrafiyası maraq doğurub.
V.Quliyev 1984-cü ildə Sumqayıt şəhərində anadan olub. O, Dövlət İdarəçilik Akademiyasında ali təhsil alıb. 2007-ci ildən bank-maliyyə sektorlarında rəhbər vəzifələrdə, 2020-ci ildən bu günədək əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.
Yeni xidmət rəisi 2007-ci ildə, 23 yaşında hazırda bağlanan "ParaBank"ın İdarə Heyətinin sədri, bankın sahibi isə atası Eldar Quliyev olub.
V. Quliyev 2021-ci ildən “Para Bank” ASC-nin hüquqi varisi olan “Para” Bank Olmayan Kredit Təşkilatı ASC-nin İdarə Heyətinin sədri vəzifəsindən istefa verib. Onun yerinə qardaşı Elnur Quliyev təyin edilib.
Xatırladaq ki, “Para” BOKT 2016-cı ildə, lisenziyası ləğv edilmiş “Parabank” ASC-nin bazasında yaradılıb. (Qafqazinfo)