“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC 2018-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
FED.az-ın məlumatına görə, hesabatda diqqəti çəkən qeydlərdən biri işçilərə ödənilən əməkhaqqı ilə bağlıdır. Hesabatda göstərilib ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin büdcə fəaliyyəti üzrə işçilərinin sayı 21 612 nəfərdir, orta aylıq əməkhaqqı 203 manat təşkil edir.
Eləcə də bax: “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın - ZƏRƏRİ AZALIB
ASC ötən il işçilərinə 49 milyon 642 min manat əməkhaqqı ödəyib. Bu məbləğ 2017-ci ildə 45 milyon 180 min manat təşkil etmişdi.
ASC-nin əmlakı bütövlüklə dövlətə məxsusdur. Dövlət şirkətinə 94 idarə daxildir.
Marja