“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 2 768,544 milyon manat təşkil edib.
FED.az “Report”-a istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,1% azdır.
Eləcə də bax: Naxçıvanda iqtisadi vəziyyət – MƏLUM OLDU - RƏQƏMLƏR
Hesabat dövründə səhmdar cəmiyyətinin cəmi öhdəlikləri 4,6 dəfə artaraq 10,048 milyon manata çatıb, cəmi kapitalı (kapital ehtiyatları) isə 1,4% azalaraq 2 758,496 milyon manata düşüb.
2018-ci ildə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın cəmi gəlirləri 829,402 milyon manat (əvvəlki ilə nisbətən 48,3% çox), cəmi xərcləri 861,117 milyon manat (42,15% çox) təşkil edib. Son nəticədə qurum ötən ili 31,715 milyon manat zərərlə başa vurub ki, bu da illik müqayisədə 31,7% azdır.