2022-ci ilin ilk 10 ayında Azərbaycanın əmək bazarında büdcə təşkilatlarında çalışan 4 min nəfərdən artıq işçi ixtisar edilib, əvəzində özəl sektorda 28 min yeni iş yeri yaradılıb.
Azərbaycanda orta aylıq əmək haqqı 50 qəpik artıb – RƏQƏMLƏR AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdən məlum olur.
Məlumata görə, 2022-ci il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 min nəfər və ya 1,6 faiz artaraq 1729,3 min nəfər olub. Bu ilin əvvəli ilə müqayisədə isə işləyənlərin sayı 24 min nəfər artıb (ilin əvvəlində işləyənlər 1 705 min nəfər idi).
Əmək müqaviləsi ilə çalışanların 900,4 min nəfəri (52,1%) iqtisadiyyatın dövlət sektorunda, 828,9 min nəfəri (47,9%) isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
İlin əvvəli ilə müqayisədə dövlət sektorunda işləyənlərin sayı 4,3 min nfəər azalıb, özəl sektorda çalışanların sayı isə 28,5 min nəfər artıb.
İşləyənlərin 19,2 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3 faizi tikinti, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 2,0 faizi maliyyə və sığorta fəaliyyəti, 14,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.