Dövlət qulluqçusunun rotasiyası qaydasını, rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi qaydası hazırlanacaq.
Azərbaycanda bu şəxslər il ərzində 3 dəfə əlavə maaş alacaqlar – VİDEO
FED.az bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qunun tətbiqi barədə fərmanda əksini tapıb.
Nazirlər Kabineti dövlət qulluqçusunun rotasiyası qaydasını, rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.