Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub.
Eləcə də bax: Maliyyə Nazirliyində - YENİ TƏYİNAT
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Bənnalı Pərviz Həmid oğlu Məşğulluq tədbirləri departamentinin müdiri təyin edilib. O bu vəzifədə Əlizadə Azər Əliman oğlunu əvəz edib.
Məşğulluq tədbirləri departamenti işaxtaran və işsiz şəxslərin qeydiyyatı, fərdi məşğulluq proqramlarının tərtibi və icrası, işsizlikdən sığorta ödənişinin təyini, işaxtarışına və özünüməşğulluğa kömək göstərilməsi, haqqı ödənilən ictimai işlərin təşkili ilə bağlı tənzimləməni həyata keçirir.
Departamentin strukturunda iki – Özünüməşğulluq şöbəsi və İşədüzəltmə və sığorta şöbəsi fəaliyyət göstərir.
Dövlət Məşğulluq Agentliyinin ümumilikdə 13 departamenti vardır.