Azərbaycan Respublikası Maliyyə Nazirliyində yeni yaradılmış İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
Eləcə də bax: “Bank of Baku”nun İdarə Heyətinə - YENİ TƏYİNAT
FED.az biznes və maliyyə xəbərləri portalı Unikal-a istinadən xəbər verir ki, maliyyə nazirinin müvafiq əmrinə əsasən bu vəzifəyə Mayis Piriyev təyin olunub.
O, indiyə qədər Maliyyə Nazirliyinin mətbuat katibi vəzifəsini icra edib.
M.Piriyev Bakı Dövlət Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, müxtəlif illərdə “Yeni Azərbaycan” qəzetində, İctimai Televiziya və Radio yayımları şirkətində çalışıb.