Azərbaycan Sənaye Korporasiyası” ASC, “Azərpambıq ASK” MMC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin rəhbər heyəti arasında görüş keçirilib.
Azərbaycanda 2100 nəfərin maaşını işlədiyi - ŞİRKƏT VƏ DÖVLƏT ÖDƏYİR
Dövlət Məşğulluq Agentliyindən FED.az-a bildirilib ki, agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən islahatlar, məşğulluq xidmətlərinin rəqəmsallaşması istiqamətində reallaşdırılan layihələr, o cümlədən “Əmək və məşğulluq” altsistemi və digər elektron xidmətlər haqqında məlumat verib. Agentlik rəhbəri həm işəgötürənlərə, həm də işsiz şəxslərə dəstək məqsədi daşıyan birgə maliyyələşmə proqramı və digər aktiv məşğulluq tədbirlərinin əhəmiyyətindən danışıb. Bildirilib ki, sözügedən layihələr əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində atılan uğurlu addımlardandır.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə isə rəhbərlik etdiyi qurumun yaranması və ümumi fəaliyyətindən danışaraq qeyd edib ki, korporasiyanın qarşısında duran əsas vəzifələrin icrası zamanı regionlarda və bütövlükdə respublikada yeni iş yerlərinin açılması ilə işsizliyin aradan qaldırılması, əhalinin maddi-rifah halının yüksəldilməsinin təmin edilməsi hər zaman diqqət mərkəzindədir.
Görüşün sonunda birgə əməkdaşlığın növbəti mərhələsində qeyd olunan məsələlər üzrə müəyyən məlumatların hazırlanması və yeni görüşlərin keçirilməsi qərara alınıb.