“190 manatlıq birdəfəlik ödəmə zamanı müəyyən problemlərlə rastlaşmışdıq. Bəzən vətəndaşlar sistemə öz məlumatları barədə yalnış məlumatlar qeyd etmişdilər”.
Eləcə də bax: Azərbaycanda işsiz çoxdur, yoxsa iş yeri? - MÜSAHİBƏ
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.
Agentlik sədri bildirib ki, 95 % vətəndaşın birdəfəlik ödəməsi obyektiv şəkildə verildiyi halda bu işə kölgə salmaq doğru deyil: “Hansı hallarda məlumat qüsurları var idi onlara əlavə işlər təqdim edirdik. 190 manata görə 250 manatlıq daimi işdən imtina edənlər də oldu. Lakin ümumilikdə kifayət qədər sayda insanı işlərlə təmin edə bildik”.
M.Abbasbəyli eyni zamanda sosial şəbəkələrdə satınalmalarla bağlı səsləndirilən iddialara münasibət bildirib: “İddialarda səsləndirilən həm rəqəmlər, həm adlar, həm də metodlar kökündən səhvdir. Hamısı yalan məlumatlardır. Məsuliyyətlə deyə bilərəm ki, hər şey tam şəffaf şəkildə həyata keçirilib. Daim ictimaiyyətə açıq qurum olmuşuq”.