Milli Məclisdə büdcə müzakirələri davam edir. Deputatlar “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında" layihənin müzakirəsinə başlayıblar.
Eləcə də bax: Azərbaycanda 3 uşaq böyüdənlər - ÇOXUŞAQLI ANA SAYILMAYACAQ – YENİ QƏRAR
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, deputat Elnur Allahverdiyev Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarına ayrılan müavinətlərin məbləğinin artırılmasını təklif edib. Həmçinin deputat əlilliyin müəyyən edilməsi ilə bağlı müraciətlərin daha çox olduğunu, qazilərin də onlara verilən əlillik qruplarından razı olmadıqlarını dilə gətirib.
Deputat Vüqar İskəndərov isə orduda xidmət edən müddətdən artıq hərbi qulluqçuların maaşlarının artırılmasını təklif edib.
Digər millət vəkili Qüdrət Həsənquliyev isə çıxışında 10 yaşına qədər uşaqlara müavinət verilməsini təklif kimi irəli sürüb. Deputat həmçinin ünvanlı sosial yardımların verilməsinə ilə bağlı siyahıların hazırlanmasının bələdiyyələrə tapşırılmasını təklif edib: "Azərbaycanda boşanmaların sayı artır. Buna görə də tək uşaq böyüdən analara məvacib ayrılmalıdır. Bizdə 5 uşağı olana 55 manat müavinət verilir. Qonşu Rusiyada isə mənzillər verilir".