Daha tez pensiyaya çıxa biləcək şəxslərin siyahısı genişləndirilir.
Eləcə də bax: Yaşa görə pensiyadan əlilliyə görə pensiyaya keçməyə - İCAZƏ VERİLƏCƏK
FED.az xəbər verir ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər təklif edilir.
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, layihəyə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ən azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınlar da 5 il daha tez pensiyaya çıxmaq hüququ qazancaqlar.
Onun sözlərinə görə, pensiyaya tez çıxmaq hüququ digər bir sıra şəxslər ilə müqayisədə də dəyişir.
“Belə ki, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslər azı 5 il sığorta stajı olduqda 20 il daha tez pensiyaya çıxa biləcəklər.
Eyni zamanda, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda pensiyaya çıxma yaşı həddi 15 il azaldılacaq”, - deyə o bildirib. (Trend)