Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikilməkdə olan 32 çoxmərtəbəli yaşayış binasında yoxlamalar keçirilib və 47 şəxsin əmək müqaviləsi olmadan işə cəlb edilməsi faktı aşkarlanaraq, 13 işəgötürən haqqında ümumilikdə 123.100 manat məbləğdə inzibati cərimə tətbiq edilib.
Bu şəxslərə 1380 manat birdəfəlik müavinət verilir
FED.az xəbər verir ki, bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında deyilir.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətləri əsasında apardığı yoxlamalar zamanı 512 (+143) şəxsin əmək müqaviləsi olmadan işləməsi faktı aşkarlanaraq işəgötürənlər ümumilikdə 2.374.400 (+591.900) manat məbləğdə cərimələnmiş, habelə bir fakt üzrə işçini əmək funksiyasına aid olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə aidiyyəti vəzifəli şəxs inzibati məsuliyyətə (cərimə) cəlb olunub.
Daxil olan müraciətlərə baxılması zamanı işəgötürənlər tərəfindən 15 yaşına çatmamış şəxsi işə cəlb etməklə bağlı 2 fakt da müəyyən edilərək təqsirkar şəxslər inzibati qaydada cərimələnib. (Trend)