Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə dövlət tərəfindən sosial yardım məqsədilə minimum aylıq əməkhaqqının dörd misli məbləğində (1380 manat) birdəfəlik müavinət verilir.
Sosial ödəniş və müavinətlərin məbləğində dəyişiklik olacaq? - RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, bu müavinət cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycanın vətəndaşlarına, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən 3 ay müddətində Azərbaycana daimi yaşamaq üçün qayıtmış vətəndaşlara şamil olunur.