Britaniyada minimum əməkhaqqı gələn il saatda 12,21 funt-sterlinqə qaldırılacaq.
Minimum əməkhaqqı və pensiyalar nə qədər artırılacaq? – AÇIQLAMA
FED.az xəbər verir ki, maliyyə naziri Reyçel Rivz İngiltərədə minimum əməkhaqqının gələn ilin aprel ayında artırılacağını deyib. Maliyyə naziri oktyabrın 30-da təqdim ediləcək büdcə açıqlamasından öncə 21 yaşdan yuxarı işçilər üçün saatlıq əməkhaqqının 12,21 funt-sterlinqə qaldırılacağını təsdiqləyib.
Belə ki, 21 yaşdan yuxarı işçilər üçün minimum əməkhaqqı 2025-ci ilin aprelindən etibarən 6,7 faiz artaraq saatda 11,44 funt-sterlinqdən 12,21 funt-sterlinqə qalxacaq. 18-20 yaş arası işçilər üçün isə minimum əməkhaqqı 8,60 funt-sterlinqdən 10 funt-sterlinqə yüksələcək. Hökumət bu artımdan üç milyondan çox işçinin faydalanacağını bildirsə də, işəgötürənlər bu əlavə xərclərin işçi sayını azaltmaq məcburiyyətinə səbəb ola biləcəyini qeyd ediblər. (Azərtac)