Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi təkliflər hazırlayıb və noyabr ayında büdcə müzakirələri zamanı Milli Məclisə təqdim olunacaq. Belə ki, minimum əməkhaqqının və təqaüdlərin artırılması gözlənilir”.
Azərbaycanda bu işçilərin - MAAŞI ARTIB
FED.az xəbər verir ki, bunu açıqlamasında REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, bu artımın 8-10 faiz civarında olacağını düşünür:
“Hər il maaş və təqaüdlər 8-10 % civarında artırılır. Məncə, bu konsepsiyaya uyğun hərəkət olunacaq. Davamlı şəkildə bundan sonrakı illərdə də bu addımlarla gedilməsi nəzərdə tutulur. Hazırda minimum əməkhaqqı 345 manatdır, artımla təqribən 380-390 manat civarında ola bilər”, – deyə partiya sədri vurğulayıb. (Unikal.az)