Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılan yeni məşğulluq alt sistemində 120 mindən artıq boş iş yeri üzrə vakansiya qeydə alınıb. Sahibkarlar bu vakansiyaların 25 minindən artıq indidən istifadə edə bilərlər.
Eləcə də bax: “80%-i işə çıxmasa da, onlara maaş ödənilib”
FED.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosisla müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.
Onun sözlərinə görə, nazirlik elektron xidmətlərin sayını artıracaq və bəzi yeni onlayn xidmətlər yaradılacaq. Məsələn, 2021-ci ildən əmək yarmarkaları da onlayn keçiriləcək.
Nazir müavini bildirib ki, artıq 2021-ci ildə nazirlik vahid əmək münasibətləri platforması, rəqəmsal kadr uçotu sistemi, eləcə də ölkə üzrə insan resurslarının vahid idarə etməsi mərkəzi yaradılacaq.
Nazirliyin digər yeniliyi isə iş adamları üçün faydalı olacaq. Belə ki, nazirlik ölkənin rəqəmsal məşğulluq xəritəsini yaradacaq: «İş adamları hər hansı regioneda müəssisə açmaq istəyirsə, bu xəritə vasitəsilə həmin regionda işsiz və məşğul əhalinin sayını görəcəklər».
2021-ci ildə nazirliyin fəaliyyətinin digər istiqaməti sosial iş yerləri ilə bağlı bizneslə əməkdaşlıq olacaq. Söhbət maaşların bir hissəsinin dövlət tərəfindən ödənilməsindən gedir. Anar Kərimov bildirib ki, 2020-ci ildə belə əməkdaşlıq üzrə nazirlik 25 şirkətlə müqavilə bağlayıb: «2021-ci ildə isə 400 nəfərin maaşını maliyyələşdirə biləcəyik. Bu əməkdaşlıq belə dövrdə sahibkarlara dəstək olardı».
Nazir müavininin sözlərinə görə, 2021-ci ildə nazirlik sahibkarlar üçün peşə təlimləri dəstəyi də verəcəklər.