“Özəl sektorda işçilərin ixtisarına yol verilməməsi üçün mütəmadi monitorinqlər həyata keçirilib”.
Bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, pandemiya dövründə dövlət orqanlarında çalışanların 80%-i işə çıxmasa da, onlara əməkhaqqıları ödənilib: “Leqallaşan əmək müqavilələrinin sayı 12 % artıb”.
APA