Azərbaycanda tətbiq edilən «ASAN Xidmət» modeli Birləşmiş Ərəb Əmirliklərinin marağına səbəb olub.
İlham Əliyev BƏƏ-nin Kabinet işləri nazirini - QƏBUL EDİB
FED.az xəbər verir ki, bu barədə BƏƏ-nin Kabinet işləri naziri Məhəmməd bin Abdullah Əl Qərqavi noyabrın 29-da prezident İlham Əliyevlə görüşündə bildirib.
Nazir Azərbaycana səfəri çərçivəsində “ASAN xidmət” mərkəzi ilə tanışlığını, bu konsepsiyanı böyük maraqla qarşıladığını, burada vətəndaşlara çox səmərəli və operativ xidmət göstərildiyinin şahidi olduğunu bildirib.
Məhəmməd bin Abdullah Əl Qərqavi vətəndaş məmnunluğu prinsipi əsasında fəaliyyət göstərən “ASAN xidmət”in Azərbaycan Prezidentinin mükəmməl təşəbbüslərindən biri olduğunu qeyd edib və bu sahədə əməkdaşlığın vacibliyini bildirib.