Bu ilin yanvar-mart ayları ərzində Bakı şəhərində orta aylıq əmək haqqı 1 244 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsaən ən yüksək orta aylıq əmək haqqı Bakının Pirallahı rayonunda qeydə alınıb - 2 min 251 manat.
Səbail rayonu isə 2 min 135 min manatla ikincidir. Qaradağ rayonu 1 490 manatla üçüncü olub.
Hesabat dövründə ən aşağı göstəricilər min manatdan aşağı olmaqla Binəqədi (820 manat), Suraxanı (908 manat) və Sabunçu rayonları 919 manat) rayonları olub.
S/n |
Rayonlar |
Əmək haqqı |
Bakı şəhəri |
1 243,7 |
|
1 |
Pirallahı rayonu |
2 251,5 |
2 |
Səbail rayonu |
2 135,3 |
3 |
Qaradağ rayonu |
1 490,6 |
4 |
Xəzər rayonu |
1 387,5 |
5 |
Xətai rayonu |
1 252,2 |
6 |
Nəsimi rayonu |
1 207,7 |
7 |
Nizami rayonu |
1 087,8 |
8 |
Nərimanov rayonu |
1 040,6 |
9 |
Yasamal rayonu |
1 034,7 |
10 |
Sabunçu rayonu |
918,8 |
11 |
Suraxanı rayonu |
908,2 |
12 |
Binəqədi rayonu |
819,7 |