Azərbaycan paytaxtında orta aylıq əmək haqqı azalıb.
“Üç il əvvəlin 250 manatı indiki 300 manatdan yüksək idi”
FED.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika idarəsi məlumat yayıb.
İdarənin məlumatına görə, yanvar-sentyabr aylarında Bakıda muzdla (əmək müqaviləsi ilə) işləyənlərin orta aylıq nominal əməkhaqqı 1065,5 manat təşkil edib. Bu bir il əvvələ - 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,5 faiz artıqdır.
Bununla yanaşı, bir ay əvvəllə müqayisədə Bakıda orta aylıq əmək haqqı 3,2 manat azalıb.
Belə ki, yanvar-avqust aylarının yekununda paytaxtda orta aylıq əmək haqqı 1068,7 manat olmuşdu.