“Azpetrol Ltd” şirkəti özünə məxsus yanacaqdoldurma məntəqələri şəbəkəsində Fransanın “AS24” şirkətinin (“Total” şirkətinin törəmə strukturu) kartları ilə yanacaq satışını tətbiq etməyi planlaşdırır.
Eləcə də bax: “SOCAR Petroleum” taksilərdə qaz avadanlığı - QURAŞDIRMAĞA BAŞLAYIB
FED.az xəbər verir ki, “Azpetrol Ltd” MMC-in baş direktoru Ceyhun Məmmədov və “AS24” şirkətinin prezidenti Manuel Olivier çərşənbə günü “Azpetrol” şirkətinə məxsus yanacaqdoldurma məntəqələri şəbəkəsində yanacağın “AS24” kartları vasitəsilə satışı sahəsində əməkdaşlığa dair müqavilə imzalayıblar”, - məlumatda qeyd olunur.
1997-ci ildən fəaliyyət göstərən “Azpetrol ltd” ASC beynəlxalq standartlara cavab verən ən müasir benzin və qaz doldurma məntəqələri şəbəkəsinə sahib olan və respublikada yanacaq satışı bazarında müştərilərə yüksək keyfiyyətli xidmət göstərən milli şirkətdir.
1988-ci ildə təsis olunan “AS24” şirkəti yanacaq nəqli və peşəkar yükdaşıyıcılarına xidmətlərin göstərilməsində ixtisaslaşır.
“AS24” yanacaq kartı “AS24” şirkətinin 990 yanacaqdoldurma stansiyasında və Avropanın 28 ölkəsində 15 min tərəfdaş stansiyada xidmətərdən istifadə etməyə imkan verir.
“Azpetrol”un YDM şəbəkəsinə 90 məntəqə daxildir.
@Marja.az