Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi - “SOCAR Petroleum” QSC və “Call Center” MMC (189 taksi xidməti) əməkdaşlığa başlayır.
FED.az xəbər verir ki, bu gün CNG qaz avadanlığının quraşdırıldığı taksilərin təqdimatı olub.
Eləcə də bax: Vitse-prezident SOCAR-dakı - YENİLİKLƏRİ AÇIQLAYIB - MÜSAHİBƏ
“SOCAR Petroleum”un baş direktorunun innovasiyalar üzrə müavini Elnur Mustafayev bildirib ki, bu layihə taksilərin xərcini xeyli azaldacaq: “Büdcə avtomobilləri CNG yanacağı ilə işlədikdə, 4 il ərzində maşının pulunu çıxarmaq mümkün olacaq. Həmçinin, CNG yanacağından istifadə ekoloji baxımdan havaya atılan istinaxa qazlarının ildə 4 ton azalmasına səbəb olacaq. Bu gün 189 taki xidmətinin 5 belə maşını mövcuddur. Bu da bölgələrdə ümumilikdə havaya atılan istixana qazlarının 20 ton azalmasına səbəb olacaq”.
Onun sözlərinə görə, ölkədəki avtomobillərin 10%-i CNG yanacağına keçsə, havaya atılan karbon qazlarının həcmini ildə 560 ton azaltmaq mümkün olar: “Bu isə ümumi karbon qazlarının 2%-i deməkdir. Biz ekologiyaya dostcasına yanaşmaqla ona dəstək olmağa çalışırıq”.
E.Mustafayev həmçinin deyib ki, CNG yanacağıının sızması nəticəsində ətraf mühit çirklənmir: “Azərbaycanda elə bir stereotip yananıb ki, qazla işləyən və yaxud CNG yanacaqla işləyən avtomobillər daha təhlükəlidirlər. Amma burada heç bir təhlükə yoxdur. Bu gün dünyada 30 milyon ədəd CNG ilə işləyən avtomobil var. 2030-cu illərdə bu rəqəm 100 milyon ədədə çatdırılacaq. Bu da onu göstərir ki, CNG yanacağından istifadə heç də təhlükəli deyil və əksinə, tam təhlükəsizdir. Biz bütün avtomobil sahiblərini CNG yanacağından istifadə etməyə dəvət edirik”.
Şirkət rəsmisi əlavə edib ki, bu gün CNG-nin bir kubmetrinin qiyməti 45 qəpik təşkil edir və hər 100 kilometr üçün 4,5 manat qənaət etməyə imkan verir. Bunun üçün də taksi xidməti ilə əməkdaşlığa başlamışıq”.