FED.az xəbər verir ki, "Azərsun Holdinq" Maliyyə üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "Xalq Bank" işçi axtarır - VAKANSİYA
Namizədə aid tələblər:
- Mühasibatlıq, Maliyyə ixtisasları üzrə tam ali təhsil;
- Aidiyyatı sahə üzrə minimum 2 illik iş təcrübəsi;
- Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli;
- 1C, SAP, Logo, Unity proqramlarda işləyə bilməli;
- Incoterms şərtlərini bilməli;
- Vergi və rüsumların ödəmə üsullarını bilməli;
- Maliyyə fəaliyyətinin təhlili və idarəedilməsi;
- Beynəlxalq mühasibatlıqla bağlı sertifikatların (ACCA) olması üstünlükdür.
İş haqqında məlumat:
- Maliyyə cədvəllərinin hazırlanması;
- Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi;
- Pərakəndə və İstehsalat müəssisələrindən gələn hesabatlara əsasən data analizinin aparılması;
- Mütəmadi olaraq məhsuldarlığın və proseslərin analiz edilməsi, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Toplanılmış məlumatları analiz edərək sistemin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq;
- Maliyyə ehtiyaclarının və maliyyə xərclərinin analiz edilməsi;
- Maliyyə cədvəlləri vasitəsilə layihə mənfəətinə təsir edən amillərin qarşısının alınması;
- Maliyyə ehtiyatlarının yetərli olub-olmamadığını müəyyən etmək üçün maliyyə nisbətlərinin hesablanması;
- Maliyyə riskinin müəyyən edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adı “Maliyyə üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərlər.