2024-cü ilin yanvar-avqust aylarında maliyyə və sığorta sektorunda əmək haqqı 2 777 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 394,6 manat (17%) çoxdur.
Bu sahədə orta aylıq əmək haqqı dövlət sektoru üzrə 394,6 manat (21%) artaraq 3 326,6 manata, özəl sektorda 351,5 manat (15%) artaraq 2 645 manata yüksəlib.