2024-cü ilin yanvar-avqust aylarında İKT sektorunda (informasiya və rabitə) əmək haqqı 1 688 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 176,8 manat (11,7%) çoxdur.
Bu sahədə orta aylıq əmək haqqı dövlət sektoru üzrə 199,2 manat (15,5%) artaraq 1 483,6 manata, özəl sektorda 150,8 manat (8,9%) artaraq 1 836,8 manata yüksəlib.