Bu ilin yanvar-sentyabr aylarında sosial xidmətlərin göstərilməsi sahəsində çalışanların orta aylıq əmək haqqı 1 099,9 manata çatıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13,5% çoxdur.
Ötən ilin eyni dövründə bu sahədə çalışanların orta aylıq əmək haqqı 969,5 manat idi.
Ümumiyyətlə, 2023-cü ilin 1 oktyabr vəziyyətinə sosial işçilərin sayı 4,7 min nəfərə yaxın olub. 2022-ci ilin 1 oktyabr vəziyyəti ilə müqayisədə bu göstərici 3,4% artıb. 2022-ci ilin 1 oktyabrında 4,5 min nəfər bu sahədə çalışırdı.