Bu ilin yanvar-sentyabr aylarında rabitəçilərin orta aylıq əmək haqqı 1 689 manata çatıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16,2% çoxdur.
Ötən ilin eyni dövründə bu sahədə çalışanların orta aylıq əmək haqqı 1 454 manat idi.
Ümumiyyətlə, 2023-cü ilin 1 oktyabr vəziyyətinə rabitəçilərin sayı 15 min 24 nəfər təşkil edib. 2022-ci ilin 1 oktyabr vəziyyəti ilə müqayisədə bu göstərici 2,4% artıb. 2022-ci ilin 1 oktyabrında 14 min 673 nəfər bu sahədə çalışırdı.