Azərbaycanda siqaretlərin qiyməti artıb.
FED.az-ın paytaxt dükanlarından əldə etdiyi məlumata görə, əksar siqaret markalarının qiyməti 30 bahalaşıb.
Eləcə də bax: Bakıda siqaretlər topdansatışdan - YIĞIŞDIRILIR - SƏBƏB
Belə ki, əvvəl 3 manata satılan Kent 4 markalı siqaretlər bu gündən 3 manat 30 qəpiyə satılır. Həmçinin o da bildirib ki, Winston markalı bütün siqaretlərin satışı dayandırılıb. Çünki bu siqaretlərə hələ ki, yeni qiymətlər müəyyən edilməyib. Yalnız yerli siqaretlərin qiymətində bahalaşma olmadığı bildirilir.
Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, bu ildən ölkədə istehsal olunan spirtli içkilər, tütün məmulatları, eləcə də enerji içkilərinə aksiz vergisi dərəcəsi artırılıb.