2025-ci il may ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 225,8 min nəfər olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə onların 109,9 min nəfəri və ya 48,7 faizini qadınlar, 115,9 min nəfəri və ya 51,3%-ni kişilər təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 435,9 manat olub.