2024-cü ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 985,3 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu illik 2023-cü ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artım deməkdir.
Əməkhaqqı neft-qaz sektorunda 4238,1 manat, qeyri neft-qaz sektorunda 923,8 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 936,4 manat, özəl müəssisələrdə isə 1 038,7 manat olub.
Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesi (3 961 manat), maliyyə və sığorta fəaliyyəti (2 630 manat) və informasiya və rabitə fəaliyyəti (1 961,5 manat) kimi sahələrdə olub.
Ən aşağı maaş isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 674,6 manata bərabər olub.
İqtisadi fəaliyyət növləri
|
Cəmi |
o cümlədən |
|
dövlət |
qeyri- dövlət |
||
Ölkə üzrə – cəmi |
1083,8 |
1 053,1 |
1 115,6 |
Mədənçıxarma sənayesi |
3 961,2 |
2 445,5 |
4 755,8 |
Maliyyə və sığorta fəaliyyəti |
2630 |
3 338,8 |
2 473,8 |
İnformasiya və rabitə |
1 961,5 |
1 632,4 |
2 209,2 |
Peşə, elmi və texniki fəaliyyət |
1 718,6 |
1 248,9 |
2 153,5 |
Nəqliyyat və anbar təsərrüfatı |
1 604,2 |
1 677 |
1 506,8 |
Dövlət idarəetməsi və müdafiə; sosial təminat |
1 454,4 |
1 484,4 |
587,6 |
Digər sahələrdə xidmətlərin göstərilməsi |
1 290,1 |
1 808,6 |
1 142,5 |
Tikinti |
1 150,2 |
1 095,9 |
1 165,3 |
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar |
1 107 |
1 301,8 |
1 034,9 |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı |
1 103,3 |
1 099,6 |
1 353,1 |
Emal sənayesi |
982,9 |
1 543,9 |
897,1 |
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi |
940,2 |
988,5 |
743,2 |
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət |
861,5 |
814,8 |
1 230,7 |
Turistlərin yerləşdirilməsi və ictimai iaşə |
802,7 |
1 938,2 |
762,5 |
Təhsil |
799,8 |
791,3 |
952,8 |
Su təchizatı, tullantıların təmizlənməsi və emalı |
783,6 |
740,7 |
1 364,2 |
Ticarət; nəqliyyat vasitələrinin təmiri |
741,4 |
1014,9 |
738,6 |
İnzibati və yardımçı xidmətlərin göstərilməsi |
701,9 |
638,6 |
816,4 |
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq |
674,6 |
777,6 |
647,4 |