2026-cı il martın 1-i vəziyyətinə Azərbaycanda rəsmi qeydiyyatda olan işsizlərin sayı 250,3 min nəfərə çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 min nəfər və ya təxminən 8,7 faiz artım deməkdir.
Statistikaya görə, işsizlər arasında qadınların sayı daha sürətlə artıb. 2025-ci ilin martın 1-də 110,3 min nəfər olan qadın işsizlərin sayı 2026-cı ildə təxminən 129,4 min nəfərə yüksəlib. Bu, 19,1 min nəfər və ya 17,3 faiz artım deməkdir. Nəticədə qadınların ümumi işsizlər arasında payı 47,9 faizdən 51,7 faizə yüksəlib.
Kişilər arasında işsizlərin sayında isə ciddi dəyişiklik müşahidə olunmayıb. 2025-ci ildə təxminən 120 min nəfər olan kişi işsizlərin sayı 2026-cı ildə 120,9 min nəfərə çatıb ki, bu da cəmi 0,9 min nəfər və ya 0,75 faiz artım deməkdir. Bunun nəticəsində kişilərin ümumi işsizlər içində payı 52,1 faizdən 48,3 faizə enib.











