Bu ilin yanvar-fevral aylarında Azərbaycanın dövlət büdcəsində gəlirlər 6 milyard 311,5 milyon manat, xərclər isə 4 milyard 643,1 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Nəticədə, dövlət büdcəsində 1 milyard 668,4 milyon manatlıq büdcə artıqlığı (profisit) yaranıb.
İllik müqayisədə gəlirlərdə 426,1 milyon manat və ya 6,3%, xərclərdə 722,9 milyon manat və ya 13,5% azalma, profisitdə isə 296,8 milyon manat (21,6% artım baş verib.
Ötən ilin yanvar-fevral aylarında gəlirlər 6 milyard 737,6 milyon manat, xərclər 5 milyard 366,0 milyon manat, büdcə profisiti 1 milyard 371,6 milyon manat təşkil etmişdi.











