Azərbaycanda gələn il "işədüzəltmə platforması"nın yaradılması planlaşdırılır.
Azərbaycanda dövlət sektorunda çalışanların sayı azalıb, özəl sektorda çalışanların sayı isə artıb
FED.az xəbər verir ki, bunu “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Bakıda keçirilən “CEO MeetUp Logistics&Trade” adlı, logistika və ticarətin aktual məsələlərinə həsr olunmuş tədbirdə bildirib.
"Bunu sosial layihə kimi həyata keçirmək istəyirik. Bizim geniş sahibkar auditoriyamız var. Bundan başqa, universitetlərlə və digər qurumlarla əməkdaşlıq etdiyimiz üçün ən uyğun auditoriya elə bizdədir. Biz bu məsələyə biznes kimi baxmaq istəmirik. Çünki biznes kimi olanda orada məhdudiyyətlər olur. İstəyirik ki, bu platforma tam ödənişsiz olsun. Əvvəl layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vermişdik. Nazirliyin Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli uzun müddət bu layihəni həyata keçirmək istədi, amma qaldı. Bu səbəbdən də təklif edirəm ki, sahibkarlarla birgə bu layihəni həyata keçirək", - deyə o qeyd edib. (Report)