Qadınların pensiya yaşının 63-də saxlanılması ilə bağlı “Əmək pensiyaları haqqında” qanunda müvafiq dəyişikliklərin edilməsi təklif olunub. Bu barədə Ombudsman 2022-ci il üzrə məruzəsində danışıb.
Azərbaycanda qadınların pensiya yaşının azaldılması - TƏKLİF EDİLİR
FED.az xəbər verir ki, millət vəkili Ceyhun Məmmədov AzTV-yə açıqlamasında bildirib ki, pensiya yaşının getdikcə artırılaraq 65-ə çatdırılması məqsədəuyğun deyil.
“Pensiya yaşının 63 yaşda saxlanılması çox yaxşı təklifdir. Bunu uzatmaq qadınlar üçün əlavə çətinliklər yaradar” – deyə deputat əlavə edib.