FED.az məlumat verir ki, Azərbaycanda gələn il üçün kişilərin və qadınların pensiya yaşı daha 6 ay artacaq.
Eləcə də bax: “Pensiya - 293 MANATA ÇATDIRILACAQ”
1 iyul 2018 — 30 iyun 2019-cu il tarixində kişilərin — 64, qadınların isə 61 yaş olacaq. 1 iyul 2019 — 30 iyun 2020-ci il tarixində isə kişilərin — 64 il 6 ay, qadınlarınkı isə 61 il 6 ay olacaq.
Qeyd edək ki, "Əmək pensiyaları haqqında” qanuna edilmiş sonuncu dəyişikliklərə görə, kişilərin və qadınların pensiya yaşı dəyişdirilib.
Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 4.1-ci maddəsində (Yaşa görə əmək pensiyası hüququ) göstərilib ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta sta) olduqda yaşa görə əmək pensiyası hüququ var.
nevvs.day