“Hazırlanan proqnozlar əsasında gələn il ölkədə əmək pensiyalarının orta aylıq məbləğinin 16 faiz artımına və orta aylıq pensiya məbləğinin 293 manata çatdırılması planlaşdırılır”.
FED.az xəbər verir ki, bunu Oktyabrın 15-də Prezidentin yanında keçirilmiş iqtisadi müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
Eləcə də bax: Nazir müavini açıqladı: Müəyyən şəxslər vaxtından əvvəl pensiya - ALA BİLƏCƏK
Nazir qeyd edib ki, aparılan optimallaşma, eyni zamanda, əsassız əldə edilən pensiyaların ləğvi nəticəsində artıq cari ilin 9 ayı ərzində 99 milyon manata qənaət edilib ki, növbəti dövrlər ərzində də bu məbləğ daha da artacaq və əmək pensiyalarının davamlı şəkildə artımı təmin ediləcək.
“İndeksasiya nəticəsində gələn ildən etibarən ölkədə əmək pensiyaları bir daha artırılacaqdır və bu artımın nəticəsi olaraq əlavə 475 milyon manat vəsaitin vətəndaşlarımıza ödənilməsi planlaşdırılır. Eyni zamanda, 114 milyon manat məcburi sosial sığorta haqları hesabına verilən müavinətlər qismində vətəndaşlarımıza ödəniləcəkdir”,- Sahil Babayev bildirib.