Bu ilin yanvar-may aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 175 manat olub.
Azərbaycanda işçilərə ən yüksək maaş verilən sahələr – SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, orta əməkhaqqı ötən ilin yanvar-may ayları ilə müqayisədə 80 manat və ya 7,3% daha çoxdur.
Xatırladaq ki, 2025-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 095 manat olmuşdu.
Qeyd edək ki, bu ilin iyun ayının birinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 790,6 min nəfər olub. Bu, bu ilin əvvəlindən bəri 17,4 min nəfər və ya 1% azalma deməkdir. Hesabat dövründə muzdlu işçilərin 859,9 min nəfəri dövlət sektorunda, 930,7 min nəfəri isə özəl sektorda işləyib. Yanvar ayının bir ilə müqayisədə dövlət sektorunda işləyənlərin sayı 5,9 min nəfər (0,7%), özəl sektorda işləyənlərin sayı 11,5 min nəfər (1,2%) azalıb.














