2020-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 736,2 manat təşkil edib.
Eləcə də bax: Əməkhaqqı kartlarından sonra - KREDİT KARTLARI DA AZALIR
FED.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, bu 2019-cu ilin eyni dövrü ilə müqayisədə 26,7 faiz artıqdır. Son bir ayda isə orta aylıq maaş azalıb. Bir ay əvvəl orta aylıq əmək haqqı 774,5 manatdır, başqa sözlə, aprel ayında əmək haqqında 8,3 manat azalma olub.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.