Xəbər verildiyi kimi, oktyabrın 16-da Tarif Şurasının qərarları ilə Azərbaycanda təbii qazın və elektrik enerjisinni qiyməti artırılıb.
TƏCİLİ: Tarif Şurası qazın və elektrik enerjisinin - QİYMƏTİNİ ARTIRDI - YENİ QİYMƏTLƏR
FED.az xəbər verir ki, qiymət artımından sonra prezident İlham Əliyev «Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında» sərəncam imzalayıb. Sərəncamda hökumətə tapşırılır ki, əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycanın 2022-ci il dövlət büdcəsi layihəsinə təkliflər hazırlayib prezidentə təqdim etsin.
Prezident maaş və pensiyaların artımı ilə bağlı tapşırıq verdi - SƏRƏNCAM
İstirahət günü olmasına baxmayaraq sərəncamdan dərhal sonra hökumət, ayrıca olaraq Maliyyə Nazirliyi açıqlama yayaraq prezidentin tapşırıqları üzrə işlərə başlandığını, təkliflərin tezliklə hazırlanacağını bildirdilər. Daha sonra isə Əmək və əhalinin sosial müdafiəsi nazirliyi hköumətin dəstək tədbirlərinin təqribi miqyasını açıqladı – nazirlik elan etdi ki, prezidentin sərəncamına əsaən atılacaq addımlar 1 milyon 800 min nəfəri əhatə edəcək. Dəqiq vəziyyət hökumətin təkliflərinin açıqlanmasından və dövlət büdcəsinin qəbulundan sonra məlum olacaq.
Hökumət və Maliyyə Nazirliyi maaş artımı üçün - İŞLƏRƏ BAŞLADI
Bəs hökumət maaş və pensiyaları nə qədər artıra bilər? Bunun üçün nə qədər vəsait tələb olunur və büdcədə imkanlar varmı?
Əvvəla qeyd edək ki, dövlət tərəfindən artımlar dövlət sektorunda – bücədən maaş alanları, pensiya, müavinət və təqaüd alanları əhatə edə bilər. Özəl sektor əmək haqqını artırıb-artırmamaqda sərbəstdir. Özəl sektorda əmək haqqının artımı yalnız o zaman dəqiq olur ki, minimum əmək haqqı yüksəlsin.
Artımlar 1,8 milyon nəfəri əhatə edəcək - RƏSMİ AÇIQLAMA
Əvvəlcə maaşların mümkün artımı barədə
Maaş artımı üçün bir neçə ssenari ola bilər. Bunlar maaşların 5%, 10%, və ya kiçik ehtimalla 15% artımını əhatə edir.
Rəsmi məlumatlara görə, hazırda Azərbaycanda əmək müqaviləsi ilə işləyənlərin sayı 1 milyon 650 min nəfərdir. Bunlardan 905 min nəfər dövlət, 645 min nəfər isə özəl sektorda çalışır.
Ölkə üzrə orta ayıq əmək haqqı 724-728 manat arasında dəyişir. Amma dövlət və özəl sektorda orta maaşlar fərqlidir - dövlət sektorunda orta əmək haqqı 646 manat, özəl sektorda 828 manatdır.
Əmək haqlarının dövlət tərəfindən, daha dəqiqi büdcə hesabına artımı bu 905 min nəfəri əhatə edə bilər.
Amma başqa variant da var. Təcrübə, o cümlədən pandemiya zamanı dövlət dəstək tədbirləri zamanı hökumətin addımları göstərdi ki, hökumət belə hallarda ölkə üzrə orta aylıq əmək haqqını dəstək üçün maksimum hədd kimi qəbul edir.
Yəni maaş artımı ilə bağlı qərar qəbul edilərkən hökumət hesab edə bilər ki, artımlar yalnız dövlət sektorunda işləyən, amma orta aylıq əmək haqqından aşağı maaş alanlara aid olsun (amma belə fkirləşməyə də bilərlər – FED.az).
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, dövlət sektorunda çalışan 905 min nəfərin 293 min nəfərinin orta aylıq gəliri ölkə üzrə orta əmək haqqından (yəni 726 manatdan) artıqdır və 942 manat təşkil edir.
Dövlət sektorunda çalışan 612 min nəfərin isə orta aylıq maaşı orta aylıq əmək haqqından aşağıdır və 476 manat təşkil edir.
Əgər hökumət bu variantı seçsə, maaş artımı 905 min nəfərə deyil, 612 min nəfərə aid ola bilər. Ona görə də biz təqribi hesablamanı həm büdcə sektorunda çalışan bütün 905 min nəfərə, həm də əmək haqqı orta maaşdan aşağı olan 612 min nəfər üçün aparacağıq.
Maaş artımı üçün bir neçə ssenari ola bilər. Bunlar maaşların 5%, 10%, 15% artımını, və ya kobud hesablama aparsaq, adambaşına əmək haqlarının 20-50 manat artımı əhatə edir.
905 min nəfər üçün (hansı ki, orta maaş 646 manatdır) hesablama
Ölkədə işləyənlərin arasında dövlət sektorunda işləynələr 905 min nəfərdir, onların orta aylıq əmək haqqı 646 manatdır. Yəni dövlət büdcəsindən hər ay orta hesabla 585 milyon manat, ildə isə 7 milyard 20 milyon manat əmək haqqı ödənilir.
Hesablama göstərir ki, əmək haqlarının 5% artımı, yəni 646 manatdan 678 manata (orta artım 32 manat) yüksəlməsi üçün dövlət büdcəsinə illik əlavə 347 milyon manat tələb oluna bilər ki, bu da 2022-ci ilin dövlət büdcəsinn xərclərinin 1,2%-i qədərdir.
Maaşların 10% artımı, yəni indiki 646 manatdan 710 manata (orta artım 64 manat) yüksəlməsi üçün 694 milyon manat, yəni 2022-ci ilin dövlət büdcəsinin xərclərinin 2,4%-i qədər vəsait tələb olunacaq.
Maaşların 15% artımı (hansı ki, ehtimal azdır), yəni indiki 646 manatdan 743 manata yüksəlməsi (orta artım 97 manat) üçün isə büdcəyə əlavə 1 milyard 041 milyard manat, yəni büdcə xərclərinin 3,0%-i qədər vəsait tələb oluna bilər.
612 min nəfər üçün (hansı ki, orta maaş 476 manatdır) hesablama
Əmək haqlarının 5% artımı, yəni 476 manatdan 500 manata (orta artım 24 manat) yüksəlməsi üçün dövlət büdcəsinə illik əlavə 176 milyon manat tələb oluna bilər ki, bu da 2022-ci ilin dövlət büdcəsinn xərclərinin 0,6%-i qədərdir.
Maaşların 10% artımı, indiki 476 manatdan 524 manata (orta artım 48 manat) yüksəlməsi üçün 352 milyon manat, yəni 2022-ci ilin dövlət büdcəsinin xərclərinin 1,2%-i qədər vəsait tələb edəcək.
Maaşların 15% artımı (hansı ki, ehtimal azdır), yəni indiki 476 manatdan 547 manata yüksəlməsi (orta artım 71 manat) üçün isə büdcəyə əlavə 521 milyon manat, yəni büdcə xərclərinin 1,8%-i qədər vəsait tələb oluna bilər.
Başqa sözlə, seçilən artım ssenarisindən asılı olaraq maaşların artımı üçün büdcəyə 176 milyon manatdan 1 milyard manatadək əlavə vəsait tələb oluna bilər.
Pensiya və müavinətlərin artımı barədə
Hazırda Azərbaycanda 1,2 milyon nəfər əmək pensiyaçısı qeydiyyatdadır. 2022-ci ilin dövlət büdcəsində isə Dövlət Sosial Müdafiə Fondunun illik büdcəsi 5 milyard 284 milyon manat nəzərdə tutulub.
Bu ödənişlərin 5% artırılması əlavə 264 milyon manat, 10% artırılması 528 milyon manat əlavə vəsait tələb edir.
Başqa sözlə, hazırda hesablamada istifadə etdiyimiz mümkün variantlar üzrə maaş və pensiyaların artımı üçün icmal büdcəsinə tələb olunan əlavə vəsait 400-1,5 milyard manat arasında dəyişir.
Tarif Şurasının qərarından sonra büdcə proqnozlarının gəlir hissəsinə də yenidən, artım istiqamətində baxıılması qaçılmazdır. Doğrudur, büdcə gəlirlərinin, xüsusilə də Vergi Xidmətinin toplayacağı məbləğin 2021-ci ilin pronozları ilə müqayisədə 2021-ci ildə təqribən 2 milyard manat artırılması Maliyyə və İqtisadiyyat nazirlikləri arasında mübahisə yaratmışdı. Amma Tarif Şurasının qərarından sonra bu artımlar qaçılmaz olacaq.