Bu ilin yanvar-iyul aylarında istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət fəaliyyəti ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 4 184 müraciət daxil olub.
Bu barədə FED.az-a Agentlikdən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.
7 ayda Agentlik 4847 istehlakçı müraciətinə baxıb ki, bu da illik müqayisədə 16,5% artım deməkdir.
Baxılan müraciətlərin 2374-ü qeyri-qida, 1926-sı xidmət, 244-ü qida, 59-u dərman vasitələri və tibbi avadanlıqlar, 9-u tütün məmulatları, 235-i digər sahələrlə bağlı olub.