2020-ci ilin sonuna Azərbaycanda işsizlərin sayı tarixi maksimum yeniləməklə 375.9 min nəfərə yüksəlib.
Eləcə də bax: Nazirlik: Azərbaycanda orta aylıq əməkhaqqı təxminən - 710 Manatdır
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu da son bir il ərzində işsizlərin 49.4% artım olması deməkdir.
Bu da 2020-ci ilin sonuna (ilkin) ölkə əhalisinin 7.7% əhalisinin işsiz olması deməkdir. Ötən ilin əvvəlində işsizliyin səviyyəsi 5.1%, ilk rübündə 5.2%, ikinci rübdə 6.9% və üçüncü rübdə isə 7.5% təşkil edib.
İşsizlərin sayı 2020-ci ilin 1 yanvarına 251.6 min nəfər, 1 aprel tarixinə 255.1 min nəfər, 1 iyul tarixinə 337.5 min nəfər və 1 oktyabr tarixinə isə 364.2 min nəfər olmuşdu.
Xatırladaq ki, işsizliyin səviyyəsinə görə (7.7%) 2005-ci ildən bu tərəfə bu ən yüksək rəqəmdir. Belə ki, 2004-cü ildə Azərbaycanda işsizlik səviyyəsi 8%, 2005-ci ildə isə 7.3% idi.
Tarixi maksimum isə 2000-ci ildə 11.8%-lə qeydə alınıb.
Məlumata görə, ölkədə məşğul əhalinin sayı isə 4 milyon 876.6 min nəfərdir.