“Pensiya kapitalının çox olması ilə bağlı səsləndirilən fikirlərlə razı deyiləm. Bu gün ölkədə orta aylıq əmək haqqının məbləği təxminən 710 manatdır. Minimum pensiya məbləği isə 200 təşkil edir”.
Eləcə də bax: Pensiya yaş həddində yenidən dəyişiklik edilir - RƏSMİ
FED.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya Siyasəti və Fərdi Uçota Nəzarət Şöbəsinin müdiri Elnur Abbasov Yeni TV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, təxminən 5-10 il sonra insanların pensiya sisteminə daxil olma şərtləri asanlaşacaq və yüksək məbləğdə pensiya almaq şansı yaranacaq.
Nazirlik rəsmisi bildirib ki, yaşa görə pensiya və sosial müavinətlə bağlı müəyyən qarışıqlıq yaranır: “Pensiya qazanılmış uğurdur. Bir şəxsin itirilmiş əməkhaqqı varsa, pensiya onun bərpası deməkdir. Qazanılmış pensiya məsələsi yoxdursa, yaş həddinə çatdıqda ona sosial müavinət təyin olunur”.(Report)