2025-ci ilin III rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələri əsasında çalışan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 6 607 nəfər olub.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onların 36,9 faizi tikinti, 9,1 faizi mədənçıxarma sənayesi, 8,6 faizi emal sənayesi, 7,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 5,3 faizi təhsil, 27,4 faizi isə digər sahələrdə çalışıb.
Hesabat dövründə, yəni 2025-ci ilin yanvar–sentyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 146 saat təşkil edib.












