Sosial

Azərbaycanda ilk özəl uşaq klinikası - "MediClub Poliklinika KIDS" açıldı  

Azərbaycanda ilk özəl uşaq klinikası - "MediClub Poliklinika KIDS" açıldı
  | FED.az
14:37 16 Avq 2019
Bakıda uşaq xəstəliklərinin diaqnozu, müalicəsi və profilaktikası sahəsində geniş xidmətlər göstərən ilk özəl uşaq klinikası - MediClub Poliklinika KIDS - artıq açıldı.
FED.az xəbr verir ki, MediClub Poliklinika KIDS uşaq xəstəliklərinin diaqnozu və müalicəsi üçün ən son avropa avadanlığı ilə təchiz edilmişdir.
Yeni klinikada: pediatr, nevroloq, immunoloq, burun-bogaz həkimi, allerqoloq, oftalmoloq, cərrah, ortoped və digər həkimlər uşaqları qəbul edirlər. Burada uşaqlar nəinki həkim konsultasiyasından, laboratoriya müayinələrindən, ultrasəs müayinəsindən, “EKQ”, neyrofizioloji tədqiqatlardan keçə, eyni zamanda masaj, fizioterapiya, müasir və təhlükəsiz vaksinlərlə immunizasiya ola biləcəklər. MediClub Poliklinika KIDS infeksiyanın yayılmaması üçün izolyator ilə təchiz olunmuşdur.
MediClub Poliklinika KIDS, öz uşaq meydançası və oyun otağı olan rahat bir klinikadır. Burada uşaqlar həkimə növbələrini,stress keçirmədən,oyun və ya cizgi filmlərinə baxaraq gözləyəcəklər.
Klinikanın inşası zamanı yalnız uşaq müəssisələrinin standartlarına uyğun sertifikatlaşdırılmış ən müasir, ekoloji təmiz materiallardan istifadə edilmişdir.
Yeni tibb müəssisəsi İzzət Nəbiev 30A ünvanında yerləşir. Burada nəqliyyat vasitələriniz üçün rahat bir dayanacaq quraşdırılmışdır.
Müasir diaqnostika və tibbi texnologiyalar, hər bir uşağa fərdi yanaşma, qüsursuz xidmət,operativ və geniş tibbi xidmətlər - bunlar MediClub Poliklinika KIDS-in ən əsas prinsiplərdir!
Xatırlatmaq istəyirik ki, MediClub 20 ildir ki, öz xəstələrinə, müştərilərinə, tərəfdaşlarına qayğı göstərir, beynəlxalq standartlara cavab verən yüksək ixtisaslı tibbi xidmətlər göstərən şirkət olmaqda davam edir. Bundan əlavə, 2019-cu ildə, MediClub Pediatrics, Navigator Business Award 2019-a görə Uşaq Klinikası kateqoriyasında ilin şirkəti oldu.
Uşaqlar bizim gələcəyimizdir və biz onlara xidmət etməyə davam edəcəyik.
MediClub Poliklinika KIDS ilə əlaqə saxlamaq üçün bu telefonlara zənq edə bilərsiniz: (+994 12) 525 09 19/29    (+994 50) 200 06 40

 

Digər xəbərlər